Yaponiyada ürək formasında mobil telefon istehsal ediləcək (FOTO)
Yaponiyanın “Ymobile” şirkəti ürək formasında “Heart 401AB” adlı mobil telefon istehsal edəcək.
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, 23 mm qalınlığında telefonda kamera nəzərdə tutulmayıb, 128x36 piksel təsvir ölçülü 0.9 düymlük ekran ağ-qara rəngdədir. Bu telefon yalnız zəngləri qəbul edə və zəng edə bilər; başqa funksiyalar nəzərdə tutulmayıb. USB konnektor və 160 saat avtonom işləməyə imkan verən akkumulyator batareyası olacaq. Telefon Yaponiyanın “PHB” şəbəkəsində işləyəcək.
Həmçinin mövcud olan mobil tətbiq telefon sahibinə smartfonun ünvan kitabçasındakı məlumatları “Heart 401AB” telefonuna daşımağa kömək edəcək.
Belə cihaz, ehtimal ki, dəblə ayaqlaşan aksessuar olacaq və ya sadəcə hədiyyə kimi təqdim ediləcək, çünki bu telefonun imkanları çətin ki, tələbkar istifadəçiləri təmin edəcək. Telefonun satış qiyməti haqda informasiya yoxdur.
Aparat martda satışa çıxarılacaq. Qara və qırmızı rənglərdə əlçatan olacaq. Qurğunun çəkisi 54 qramdır. Telefonun ağ-qara ekranında yalnız ən lazımi informasiya (vaxt, şarj göstəricisi, qəbul olunan siqnalın gücü) əks olunur.
“Heart 301AB” telefonunun adapteri, həmçinin ürək formasında hazırlanıb.
Emil Hüseynov