Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli elektron ödəniş sisteminə daha bir bankın iki xidməti əlavə olunub



“E-Pul” elektron ödəniş sisteminə “Rabitəbank”ın iki xidməti artırılıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq bankın “Kredit ödəmə” və “Depozit hesabın doldurması”  xidmətlərindən “E-Pul” vasitəsi ilə yararlanmaq mümkündür.

Qeyd edək ki, “www.e-pul.az” internet ünvanında fəaliyyət göstərən “E-Pul”un əsas funksiyası müxtəlif xidmət haqlarının – bank və kommunal xidmətlər, mobil danışıqlar üzrə və digər ödənişlərin onlayn rejimdə aparılmasını təmin etməkdir.

CAHANGİR
 




22/01/15    Çap et