Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” ucuz smartfonunu nümayiş etdirib
“Samsung” şirkəti öz saytında yeni iki SİM kart dəstəkləyən “Galaxy Grand Neo Plus” (GT-I9060I) smartfonu haqda informasiya yerləşdirib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni aparat 800x480 piksel təsvir ölçülü 5 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor, 5 meqapiksellik əsas və 2 meqapiksellik ön kameralarla təchiz edilib. Qurğunun arxa tərəfində quraşdırılmış fotomodul “LED” işıqlandırıcıya malikdir.
Cihaz, həmçinin 1 QB əməli yaddaş, 8 QB-lıq fləş yaddaş, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth”, “GPS”, “3G HSPA+” simsiz rabitə modulları və “FM” radioya malikdir. Telefon iki SİM kart, “microSD” yaddaş kartını dəstəkləyir.
Qurğunun ölçüləri 143,7x77,1x9,5 mm, çəkisi 160 qramdır. Akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir. “Android” mobil əməliyyat sisteminin “4.4 KitKat” versiyası quraşdırılıb.
“Galaxy Grand Neo Plus” modelinin qiyməti 190 dollardır.
Emil Hüseynov
23/01/15 Çap et