Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qlobal mobil reklam bazarının gələcəyi
Dünyanın ən böyük RTB şəbəkəsinə (“AppFlood”) məxsus “PapayaMobile” şirkətinin həmtəsisçisi və direktoru Si Şen mobil reklamın gələcək inkişafını proqnozlşdırıb.
2014-cü ildə Çinin “Alibaba” şirkəti ABŞ-da “IPO”-da (ilkin kütləvi təklif) rekord göstərici ilə çıxış edib və Çin alıcılıq qabiliyyətinə görə ABŞ-ı ötərək dünya iqtisadiyyatında yeni mövqe tutub.
“AppFlood”un məlumatlarına əsasən, Latın Amerikası, Asiya və Şərqi Avropada reklam xərcləri xeyli artıb.
Regionların icmalı
Son iki rübdə Şərqi Avropa, Asiya və Latın Amerikası regionunda reklam xərclərinin payında artım müşahidə olunub.
Qlobal reklam xərcləri üzrə Asiyanın payı 26-dan 37 faizədək, Latın Amerikasında isə 14-dən 22 faizədək yüksəlib.
Şimali Amerikada reklam xərcləri xeyli azalıb və 10 faiz təşkil edir.
Diqqəti cəlb edən inkişaf edən iqtisadiyyat
Qlobal reklam xərclərinin yarısı ABŞ, Braziliya, İndoneziya və Hindistanın payına düşür. ABŞ-ın fonunda Hindistan və İndoneziyanın bu siyahıda yer alması bir qədər qəribə səslənir. Amma bu iki ölkə bütün il boyu reklam xərclərinin səviyyəsini tədricən artırıblar: Hindistanda 8-dən 14 faizədək, İndoneziyada 5-dən 9 faizədək. Çin, həmçinin reklam xərclərinin daimi artımını dəstəkləyir.
Bəs sonra?
ABŞ-da reklam xərcləri son iki rübdə çox dəyişib, amma sözügedən ölkə hələ də mobil və texnoloji işləmə sahəsində liderdir. Bundan əlavə, “Google”un “Adwords” və “Facebook”un “Audience Network” reklam şəbəkələrinin yaradıcısı olan ABŞ mobil reklamdan istifadə və infrastrukturun inkişaf yeri kimi qalmağa davam edir.
Çin mobil və texnoloji sənayeyə investisiya yatırımı üçün güclü ölkə kimi qalmağa davam edir. Sözügedən ölkə “e-commerce” sənayesində liderlik edir və dünyanın ən böyük smartfon bazarıdır. Çində rəqəmli bazarının inkişafı ilə əlaqədar internet müştərilərinin vərdişi dəyişəcək ki, bu da ölkəni mobil elan verənlər və investorlar üçün daha əlçatan edəcək.
Qiymətləndirilməyən regionlar
Braziliya çox sürətlə inkişaf etsə də, hələ ki ABŞ və ya Çin qədər özünə maraq cəlb edə bilməyib. Bununla belə, “eMarketer” tədqiqat şirkətinin proqnozuna görə, cari il Braziliya və Meksika Latın Amerikasının smartfon bazarına müvafiq olaraq 10.9 və 6.1 milyon smartfon tədarük edəcək.
Braziliyalılar, həmçinin internetə çıxış üçün masaüstü kompüterlərlə müqayisədə mobil telefonlardan daha çox istifadə edirlər. Gözləntilərə görə, bu regionda reklam gəlirləri mobil telefon və smartfonlardan istifadənin artımı ilə birgə artacaq.
Qlobal reklam xərclərinin böyük hissəsi Hindistan və İndoneziyanın payına düşür.
Hindistanın smartfon istifadəçiləri öz qurğuları ilə xeyli vaxt keçirir. Hindistanda 117 milyon insan smartfon istifadə edir və ölkə bu göstərici üzrə dünyada üçüncüdür.
Cənubi Asiya regionunda yerləşmiş İndoneziya böyük potensiala malik daha bir ölkədir. Bu ölkənin əhalisinin yalnız 24 faizinin smartfondan istifadəsinə baxmayaraq, regionda ən sıx məskunlaşmış ölkədir. Yerli sakinlərin vərdişinin dəyişməsi və smartfonların tətbiqinin artması ilə yaxın gələcəkdə İndoneziyada mobil reklam sahəsində yüksək inkişaf gözlənilir.
İndiki anda ABŞ və Çin qlobal reklam bazarına nəzarət edir. Bununla belə, daha dəqiq təhlil göstərir ki, Braziliya, Meksika, İndoneziya və Hindistan kimi ölkələr getdikcə daha böyük bazar payına sahiblənirlər.
Emil Hüseynov
23/01/15 Çap et