Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hüquqi Aktların Dövlət Reyestrinə elektron xidmətlərlə bağlı yeni qərar daxil edilib


“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” kollegiya qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, qərara əsasən, 10 elektron xidmət üzrə inzibati reqlamentlər təsdiq edilib.
 
Sözügedən elektron xidmətlərə “Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu”, “Peşə seçimi ilə bağlı onlayn testləşdirmə”, “Məşğulluq orqanları vasitəsilə iş axtarışı”,  “İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi”, eləcə də “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”, “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu”, “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu” daxildir.
 
CAHANGİR




23/01/15    Çap et