Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az”ın yeni “Android” versiyası hazırlanıb


“Android” əməliyyat sistemi üçün yeni “Hesab.az” mobil tətbiqi artıq istifadəyə verilib.
 

“ICTnews” elektron xəbər xidmətinin “Hesab.az”a istinadən verdiyi məlumata görə, bu tətbiq vasitəsi ilə istifadəçilər mobil, rabitə, kommunal, internet, bank kreditləri, sığorta və s. ödəmələri həyata keçirə bilərlər. Tətbiqdən istifadə zamanı bütün ödənişlərə “Hesab.az” portalının sahibi olan “GoldenPay” şirkəti tərəfindən zəmanət verilir.
 
Mobil tətbiqi bu link vasitəsilə yükləmək olar.
 
Qeyd edək ki, tezliklə “iOS” və “Windows phone” üçün tətbiqlər hazır olacaq.
 
 
CAHANGİR
 




23/01/15    Çap et