“Avro3” standartına keçid çərçivəsində yeni elektron xidmət təqdim ediləcək
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Elektron Hökumət” proqramı çərçivəsində Vergilər Nazirliyinin yeni elektron xidmətlərinin tətbiqində dəstək olmağa hazırdır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu gün “Elektron hökumət” portalına dövlət qurumlarının artıq 326 elektron xidməti inteqrasiya edilib. Bu xidmətlərin 59-u elektron xidmətlər siyahısında xidmət sayına görə birinci yerdə olan Vergilər Nazirliyi tərəfindən təqdim edilib.
Vergilər Nazirliyinin xətti ilə elektron xidmətlərin birbaşa bağlı olduqları elektron imza sertifikatlarının verilməsi prosesi gündən-günə irəliləyir. Belə ki, bu günədək sahibkarlara Vergilər Nazirliyinin xətti ilə 70 min “ASAN imza” verilib.
Növbəti mərhələdə “Avro3” standartına keçid çərçivəsində Vergilər Nazirliyinin yeni elektron xidmətlərinin təqdim edilməsi gözlənilir və “Elektron Hökumət” proqramı çərçivəsində bu yeni xidmətlərin “
www.data.e-gov.az” saytına inteqrasiya olunmasına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək olmağa hazırdır.
Aynur Vəliyeva