Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“App Store” internet mağazası gəlir həcminə görə Hollivudu ötüb


“App Store” internet mağazası ilk dəfə Hollivud kino sənayesindən daha çox gəlir qazandırıb.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Asymco” analitik agentliyi mobil tətbiq bazarı üzrə illik tədqiqat nəticələrini dərc edib. Şirkətin aparıcı analitiki Xoras Dedyu bildirib ki, 2014-cü ildə “App Store” tərtibatçılarının ödəniş məbləği (10 milyard dollardan çox) ABŞ kinoprokatının gəlirindən çox olub. Bir neçə il bundan əvvəl isə mobil tətbiq bazarı mövcud deyildi.
 
Dedyu deyib ki, Hollivud ABŞ-dakı kinoteatrlardan başqa əlavə gəlir mənbəyinə də malikdir, bununla belə mobil proqram bazarında “Android” platforması, həmçinin reklam bazarı mövcuddur. Bütün bu amilləri topladıqda, “App Store” internet mağazası Hollivudu ötür.
 
Mobil proqram təminatı yalnız ümumi gəlir üzrə deyil, həm də artım tempinə görə kino sənayesini ötür.
 

 
 
“App Store” internet mağazası 2008-ci ildə açılıb. “iOS” ekosistemi 6 ildə yalnız ABŞ-da 627 min, Hollivud isə 374 min iş yeri yaradıb.
 
Emil Hüseynov
 
 
 
 
 
 




26/01/15    Çap et