Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya şirkəti yeni bölmə yaradır


Yaponiyanın “Toshiba” şirkəti müxtəlif  İKT həlləri üzərində işə cəlb edilən departamentləri birləşdirmək niyyətindədir.

2015-ci il aprelin 1-dən fəaliyyətə başlayacaq birləşmiş şöbə "Cloud & Solutions Company” adlanacaq. Yeni bölmənin əsas fəaliyyət istiqamətlərindən birinin “Əşyaların interneti” (IoT) həllərinin işlənməsi və tanıdılması olacağı ehtimal edilir.
 
Bölmədə “Corporate Information Systems Division”, “Corporate Software Engineering Center” və “Toshiba Solutions” şöbələrinin əməkdaşları çalışacaq. Bundan başqa, “Toshiba Group” üçün informasiya sistemləri və servislərin tədarükü ilə məşğul olan “Toshiba IS Corporation” şirkəti bundan sonra “Cloud & Solutions Company” şöbəsinə tabe olacaq. Beləliklə, şirkətin müxtəlif bölmələrindən olan mühəndislərin bir araya gəlməsi onlara vahid strukturda çalışmağa imkan verəcək.
 
Şöbə “Big Data”, biznes analitika və informasiyanın real vaxt rejimində emalı üsulları, eləcə də “Əşyaların interneti”nin gələcəyi ilə bağlı olanlarla məşğul olacaq. Məhz “Əşyaların interneti” texnologiyaları “Toshiba”nın yeni bölməsi üçün prioritet olacaq. Şirkət həmçinin bütün informasiya sistemlərinin, məişət texnikasının, istehlak elektronikasının və xüsusi avadanlıqların (sənaye və tibbi qurğuların) qoşula biləcəyi universal “IoT” platforması yaratmağı planlaşdırır, - "IT-Weekly”  yazır.




26/01/15    Çap et