Çinin suborbital kapsulu 2015-ci ildə ilk kommersiya uçuşunu edəcək
“Space Vision” şirkəti Çində ilk turist suborbital aparatının hazırlanmasını bəyan edib.
Şirkət prezidenti Tsyan Fan deyib ki, layihə Çinin bir neçə kosmik tədqiqat mərkəzlərinin texniki dəstəyini qazanıb. Adı açıqlanmayan aparat heliumla doldurulmuş böyük şarın köməyi ilə Yer üzərində maksimal 40 km hündürlüyə qaldırılacaq, sonradan paraşütlə endiriləcək.
Qeyd olunur ki, turistlər uçuşdan razı qalacaq. Belə ki, kapsulda 5 saatlıq səyahət zamanı onlar çəkisizliyi hiss etmək, iri panoramlı pəncərədən planetin əyriliyini, Günəşin doğmasını və qürubunu görə bilmək imkanı əldə edəcəklər.
Şirkət prezidentinin sözlərinə görə, “Space Vision” hava gəmisi üzərində işi iyunda başa çatdırmağı planlaşdırır. Sınaq buraxılışları iyuna, kapsulun ilk kosmik uçuşu isə 2015-ci ilin sonuna nəzərdə tutulur. Biletin qiyməti 81 min dollar təşkil edəcək. Həmçinin bildirilir ki, Çində bu növ səyahətə çıxmaq arzusunda olan çoxlu imkanlı və cəsarətli insan var, -
"Newsland” yazır.