Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron məktəb” layihəsi çərçivəsində elektron jurnallardan istifadə edən məktəblərin sayı 31-ə çatdırılacaq
Bu tədris ilində elektron təhsil texnologiyalarının tətbiqi genişləndiriləcək. İlk növbədə "Elektron məktəb" layihəsi çərçivəsində elektron jurnallardan istifadə edən təhsil müəssisələrinin sayı artırılacaq.
Belə ki, layihə çərçivəsində ümumilikdə 43 məktəb elektron jurnallardan istifadə edir və bunlardan 11-nin kağız jurnal əvəzinə, tam olaraq elektron jurnaldan istifadəyə keçməsi nəzərdə tutulur. Bununla da yalnız elektron jurnallardan istifadə edən məktəblərin sayı 31-ə çatdırılacaq.
Təhsil Nazirliyindən qeyd edilib ki, cari tədris ilində Bakı və digər şəhər və rayonlarda yerləşən 20 təhsil müəssisəsinin fiber-optik rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışının təmin edilməsi planlaşdırılır. Rayonlarda yerləşən 200 təhsil müəssisəsinin ADSL rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışı təmin olunacaq.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi üzrə digər işlərə gəlincə, "Labdisc" laboratoriya avadanlıqlarının milli tədris sistemində tətbiq edilməsi, Azərbaycan dilində açıq təlim resurslarının, təhsil müəssisələrində istifadə üçün müxtəlif fənlər üzrə elektron dərsliklərin yaradılması və "Bulud" sistemi üzərindən yayılması, habelə müxtəlif fənlər üçün elektron resursların hazırlanması da vacib məsələlərdəndir.
Həqiqət İSABALAYEVA
26/01/15 Çap et