Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən nazik smartfonu müəyyənləşdi


Bu günlərədək dünyada ən nazik smartfon “Vivo X5 Max” hesab edilirdi.
 
 “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, layihənin müəlliflərinə 4,75 mm nazikliyində smartfon yaratmaq nəsib olub.
 
 Lakin alıcı rəğbətini qazanmadığından  qısa zaman sonra telefon unikallığını itirdi.
 
 Çinin “Coolpad” şirkəti bu telefonun yaradıcılarının qarşısına “Ivvi” brendi ilə istehsal edilən  4,7 mm ölçüdə mobil devays çıxartdı. “Vivo” ilə “İvvi” arasında kı, fərq o qədər də böyük deyil.
“İvvi” smartfonu ilə bağlı çaşdıran yeganə amil odur ki, onunla bağlı konkret məlumat yoxdur. KİV-də yalnız bu smartfonun 4,7 düymlük ekranın olacağı haqda gələcək təqdimatın tizeri var.
 
Aynur Vəliyeva




26/01/15    Çap et