Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu il əlillik təyinatlarının tam avtomatlaşdırılması üçün də bir sıra mühüm addımlar atılacaq
Bu il əlillik təyinatlarının tam avtomatlaşdırılması üçün də bir sıra mühüm addımlar atılacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən kollegiya iclasında bildirib.
Əlillik müayinələrinin aparılmasına ciddi nəzarətin tətbiq olunduğunu qeyd edən nazir bildirib ki, son bir ildə ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2013-cü ilə nisbətən 7664 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3937 nəfər azalıb. Tam reabilitasiya olunanların sayı 1802 nəfər artaraq 7667 nəfər, hissəvi reabilitasiya olunanların sayı isə 3102 nəfər artaraq 4361 nəfər təşkil edib:
"Ümumilikdə tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib. Ötən il Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi hazırlanıb. Bu sistem əlillik müayinəsi və bu müayinənin nəticələri barədə məlumatların elektron mübadiləsini həyata keçirməyə imkan verir".
Həqiqət İSABALAYEVA
26/01/15 Çap et