Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” sosial şəbəkəsi niyə işləmir?
Hazırda "Facebook" sosial şəbəkəsi işləmir. Saat 10:24-dən etibarən sosial şəbəkənin saytı və mobil tətbiq yenilənmir.
Bütün saytlardan "paylaşmaq" düyməsi yoxa çıxıb.
Eyni zamanda, foto və video paylaşım şəbəkəsi olan "Instagram" da da problemlər qeydə alınıb.
Qeyd edək ki, "Instagram" 2012-ci ildə "Facebook" şirkəti tərəfindən satın alınıb.
Hələlik rəsmi məlumat verilməsə də, texniki problemin Mark Zukerberqin şirkətindən qaynaqlandığı ehtimal edilir.
Hazırda "Twitter" sosial şəbəkəsində və ayrı-ayrı kütləvi informasiya vasitələrində "Facebook"da yaranan problemlə bağlı məlumatlar dərc edilir.
Xatırladaq ki, sonuncu dəfə sosial şəbəkənin işində böyük nasazlıq 19 iyun 2014-cü il tarixində baş verib və yarımsaatlıq texniki problem şirkətə 500 min dollara başa gəlib.
Emil Hüseynov
27/01/15 Çap et