Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple”ın ən zəngin muzeyi yeni görünüşdə ziyarətçilərin ixtiyarına veriləcək
"Apple" korporasiyasının fəaliyyətinə və məhsullarına həsr edilmiş italyan muzeyinin yaradıcıları onu məhsul çeşidi baxımından çox zəngin adlandırıblar.
Muzey 2002-ci ilin mayında açılıb və 1976-cı ildən bu günədək şirkətin bütün istehsal xətti orada yerləşdirilib: fərdi kompüter, periferiya qurğuları, aksessuarlar, "Apple"ın prototipləri və bir çox başqa qurğular.
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, muzeydəki cihazlar buraxılış tarixi, inkişaf, unikal özəlliyinə uyğun yerləşdirilib: ziyarətçi bütün eksponatları yoxlaya bilər, cihazların hamısı işləyir. Muzeyin kataloqunda 9000-dən çox nüsxə, o cümlədən 987 fərdi kompüter, 244 monitor, 152 printer, 1330 periferiya qurğusu və bir çox başqa qurğular var.
Savona şəhərində yerləşən muzeyin təsisçiləri deyib ki, "Apple"ın Kaliforniyadakı muzeyindən sonra Stiv Cobsun sağ əli, şirkətin marketinq üzrə baş meneceri Brett Mürreyin razılığını almış yeganə muzeydir. Muzeyin yeganə məhdudiyyəti məkanla bağlıdır, buna görə hazırda təşkilatçılar artıq yerli hakimiyyət tərəfindən ayrılmış daha böyük əraziyə köçmək üçün pul toplamaqla məşğuldurlar.
Muzey 2015-ci ilin yayında yeni görünüşdə işinə davam edəcək.
Emil Hüseynov
27/01/15 Çap et