Britaniya müəllimlərin İT biliklərə yiyələnməsinə 3,6 milyon funt-sterlinq xərcləyəcək
Böyük Britaniya hökuməti müəllimlərin informasiya texnologiyaları (İT) üzrə biliklərə yiyələnməsi üçün 3,6 milyon funt-sterlinq xərcləmək niyyətindədir.
Vəsaitlərin məktəblərdə ibtidai sinif müəllimlərinə İT texnologiyalarını tədris edəcək şirkət ekspertlərinin haqqının ödənilməsinə sərf edilməsi planlaşdırılır.
İlkin mərhələsi 2014-cü ilin yayında keçirilən təlimdə "Microsoft", "IBM" və bir sıra digər şirkətlərin ekspertləri 43 mindən çox müəllim üçün mühazirələr söyləyib və praktiki məşğələlər keçirib. İkinci mərhələdə "Google" şirkətinin ekspertlərinin iştirakı gözlənilir, -
"IT Expert" yazır.