Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni mini-kompyuter


“Nvidia”, “İntel” və “AMD” şirkətlərinin partnyoru olan “Jehe” şirkəti Avropada “Giada i50” mini-kompyuterinin yeni modelini təqdim edib.

Qurğunun fərqləndirici xüsusiyyəti “İntel Core i3” və “i5” prosessorlarını, “Full HD” kəskinlikli videonu və “USB 3.0” texnologiyasını dəstəkləməsidir. “Yenu” soyuma sistemi sayəsində “i50” qurğusu səssiz işləyir və qızmır.

“i50” korpusuna “5 USB” portu, “Gigabit” şəbəkələri üçün yuva, yüksək sürətli “Wi-Fi”, “Bluetooth”, “HDMİ”, və “VGA” birləşdirilib. Aparatda, həmçinin yaddaş kartları üçün slot da var. “Giada” nettopunun çəkisi 1 kiloqramdan azdır.




05/09/11    Çap et