Britaniyada yeniyetmələr üçün onlayn bankçılıq xidməti təqdim olunub
Böyük Britaniyanın “Halifax” bankı 11-15 yaşlı müştərilər üçün unikal “Expresscash” xidmətini istifadəyə verib. Layihənin məqsədi yeniyetmələri əyani şəkildə öz vəsaitlərini idarə etməyə öyrətməkdir.
Onlayn bankçılq xidmətində istifadə üçün "Expresscash” sistemində hesab açmaq və "Visa” debet kartını almaq tələb olunur. Bundan sonra yeniyetmə bankomatlardan istifadə edə, hesabları ödəyə, mobil telefonun balansını artıra və internetdə bütün nağdsız hesablaşmaları izləyə bilər.
Araşdırmalar göstərir ki, internetdə hesabları idarə etmək təcrübəsinə malik müştərilər kapitalı bankla əlaqə üçün ənənəvi üsullardan istifadə edənlərlə müqayisədə daha yaxşı idarə edirlər.
Bu səbəbdən bank rəhbərliyi onlayn vəsaitlərin idarə edilməsini erkən yaşlardan həvəsləndirmək barədə qərar qəbul edib. Onlayn bankçılıq ilə yanaşı, yeniyetmələr mobil əlavədə öz vəsaitləri haqqında informasiyaya baxa biləcəklər.
Ekspertlər qeyd edirlər ki, həddi-buluğa çatandan sonra ilk illərdə maliyyə səhvlərinə yol verən gənc insanların payı çox yüksəkdir (72 faiz). Məsələn, britaniyalıların əksəriyyəti 18 yaşa çatandan sonra kredit təşkilatlarının xidmətlərinə müraciət edir, lakin borcun faizlə birlikdə qaytarılacağını unudur, -
"Payspacemagazine” yazır.