Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “Snap-On Game” nəzarətçisini patentləşdirib


“Apple” şirkəti “Snap-On Game” nəzarətçisini və “iPhone” üçün klaviatura cihazını patentləşdirib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Apple” şirkəti “iPhone” kimi mobil qurğular üçün nəzərdə tutulmuş yardımçı modul aksesuarlarına patent əldə edib.

  Patentə aktiv knopkalarla fiziki qeympad, D-pad və analoq jostik, çap üçün “QWERTY” klaviatura, quraşdırılmış kamera, spiker və mikrofon və s. daxildir.
 
Patent standart üsul ilə və ya “Wi-Fi” qoşulma ilə əsas qurğu ilə aksesuar arasında əlaqəni təsvir edir.
 
Aynur Vəliyeva
 




28/01/15    Çap et