Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli Arxiv İdarəsi kompüter parkını yeniləməyi planlaşdırır


Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi kompüter parkını yeniləməyi planlaşdırır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, idarə İT təchizatının təkmilləşdirmək məqsədi ilə kompüter və ofis texnikasına texniki xidmətlərin göstərəcəyi şirkətlərlə danışıqlar aparır.
 
Yaxın zamanda xidmət və texnika təchizatçısının müəyyən edilməsi və müvafiq müqavilənin imzalanması gözlənilir.
 
Aynur Vəliyeva



 




29/01/15    Çap et