Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Ağıllı" eynəklər korporativ və dövlət sektorlarında tətbiq olunacaq


2015-ci il kompüterləşmiş eynək bazarı üçün yaddaqalan olacaq: “ABI Research” analitiklərinin proqnozuna əsasən, “ağıllı” eynəklərin tədarük həcmi təxminən 150 faiz artacaq, həm də bu cihazların 90 faizi korporativ müştərilər və dövlət sektoru tərəfindən satın alacaq.

Smart eynəklər uzaq məsafədən kömək üçün, polis və hərbi xidmətlərdə, təhlükəsizliyin təminində, anbarlarda istifadə olunacaq. Mütəxəssislər hesab edir ki, istehlak seqmentində kompüter oyunları əsas tətbiq sahəsi olacaq.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə "ağıllı" eynək əsas müzakirə mövzusu olub. Cihaz smartfonlara rəqib kimi nəzərdən keçirilirdi. 2013-cü ilin əvvəlində elan edilmiş “Google Glass” layihəsi belə düşünməyə əsas verirdi. Ancaq ötən il məlum oldu ki, smart eynəklər kifayət dar ixtisaslı məsələlərin (məsələn, uzaq məsafədən kömək, təhlükəsizliyin təmini, virtual və artırılmış reallıq sistemlərində iş və s.) icrası üçün nəzərdə tutulub" – “ABI Research”in analitiki Nik Spenser şərh edib.
 
Mütəxəssisin fikrincə, “Google Glass” eynəyindən universal istifadə ssenarisinin yoxluğu “Glass Explorer” proqramı və "ağıllı" eynəyin sınaq versiyasının satışının dayandırılmasına səbəb olub. İnternet nəhəngi, həmçinin cihazın növbəti versiyalarının üzərində işini davam etdirəcəyini elan edib.
 
Yeri gəlmişkən, “ABI Research”in proqnozuna görə, məhz "ağıllı" saat 2015-ci ildə daşınan elektronika bazarında ən sürətlə inkişaf edən kateqoriya olmalıdır. Təxmin edilir ki, sözügedən cihazların tədarükü illik ifadədə 300 faiz artacaq.
 
Emil Hüseynov




29/01/15    Çap et