Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün kompüter “maus”unun ixtiraçısının doğum günüdür


1925-ci il yanvarın 30-da ABŞ-ın Portland şəhərində kompüter “maus”unun ixtiraçısı Duqlas Engelbart anadan olub.

O, Oreqon Universitetini bitirdikdən sonra ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində xidmət etməyə başlayıb. Engelbart orada Vanniver Buşun "Biz necə düşünə bilərik" məqaləsini oxuduqdan sonra elektrotexnika üzrə təhsil almaq həvəsi yaranıb.

O, 1957-ci ildə Stenford Elmi Tədqiqat İnstitutunda işləməyə başlayıb: orada elektron qurğuların kiçildilməsi prosesini araşdırıb. Bundan sonra “DARPA”-nın maliyyə ayırmasına nail olub. Enqelbart öz komandası ilə birgə hipermətn, “maus”, qrafik interfeys hazırlamaqla məşğul olur.

1968-ci ildə Engelbart öz həllərini “The Mother of All Diamonds” sərgisində nümayiş etdirib. Həmçinin ilk dəfə kompüter “maus”u təqdim edilib.

O, texnologiya sahəsi üzrə xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Alim 1997-ci ildə dünyanın ən nüfuzlu mükafatı sayılan “Lemelson-MIT” ilə təltif edilib. 3 il sonra ABŞ prezidenti Bill Klinton onu ABŞ-ın ən ali texniki mükafatı sayılan "Texnologiya və İnnovasiya üzrə Milli Medal"la təltif edib.

Emil Hüseynov




30/01/15    Çap et