Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google”un xalis mənfəəti artıb
2014-cü ilin dördüncü rübünün nəticəsinə görə “Google” internet şirkətinin xalis mənfəəti 4,76 milyard dollar (1 il bundan əvvəl 3.38 milyard dollar olub ) təşkil edib.
Hesabat dövründə gəlirin həcmi 15 faiz artaraq 18,1 milyard dollar olub. Şirkətdən bildirilib ki, gəlirin 69 faizi “Google”un əsas saytının payına düşür.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, 2014-cü ilin dördüncü rübündə reklam klikinin orta dəyəri 3 faiz azalıb.
“Google Inc.” – dünyanın ən populyar axtarış sisteminə malik ABŞ-ın internet korporasiyasıdır.
“ComScore” analitik şirkətinin statistikasına əsasən, 2013-cü ilin nəticəsinə görə, “Google” şirkəti qlobal axtarış bazarının 62.8 faizinə nəzarət edir. “Google” internet axtarış sistemindən başqa, “YouTube” videohostinqi, “Gmail” poçt xidməti, “Google+” sosial şəbəkəsinə malikdir. Şirkət mobil qurğular üçün “Android” mobil əməliyyat sisteminin istehsalçısıdır. Şirkətin kapitallaşması 346,4 milyard dollar təşkil edir.
Emil Hüseynov
30/01/15 Çap et