Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fiziki obyektlərin teleportasiyası qurğusu yaradılıb
3D çap texnologiyasından istifadəyə əsaslanan qurğu prototipi sayəsində fiziki obyektlərin teleportasiyası reallığa bir addım da yaxınlaşıb. Onu yaradanlar sadə üsuldan istifadə ediblər.
"Daily Mail" qəzeti yazır ki, "Scotty" adlı qurğu obyekti rəqəmləşdirir (skan etmə zamanı onu məhv edir) və başqa yerdə həmin obyektin surətini yenidən yaradır. Obyekt skan edilərək kompüterə aydın dilə keçirilir və 3D printerdə çap edilir.
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, hansısa əşyanı teleportasiya etmək üçün onu sözügedən qurğuya yerləşdirmək, qəbul edəni seçmək və "Yerini dəyiş" düyməsinə sıxmaq lazımdır. Nəticədə əşya göstərilən yerə teleportasiya ediləcək.
Orijinalın məhvi hesabına obyektin unikallığı saxlanılır. Məsələ ondadır ki, ilkin obyektin surəti çıxarılmır , bir yerdən başqa yerə daşınır. Tədqiqatçılar bildirib ki, obyektin eyni anda yalnız bir nüsxəsi mövcud ola bilər.
Orijinalın məhvi internet mağazada alınmış əşyanın alıcıya dərhal çatdırılmasına zəmanət verir.
"Scotty" obyekti rəqəmli kameranın köməyi ilə skan edir və frezerin köməyi ilə orijinalı məhv edir.
Qurğunun çatışmazlığı ondan ibarətdir ki, cihaz yalnız plastik materialın teleportasiyasına imkan verir. Başqa materiallardan istifadə edilmədiyinə görə, başqa planetlərə teleportasiya haqda hələ danışmaq tezdir. Ancaq 3D çap texnologiyasının inkişafı ilə əlaqədar teleportasiya üçün yararlı materialların çeşidi yalnız artacaq.
Alimlər bildirib ki, 2100-cü ilədək əsl teleportasiya yaradılacaq.
Emil Hüseynov
30/01/15 Çap et