Yüksək Texnologiyalar Parkında “BizSpark” proqramının təqdimatı keçiriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan “Yüksək Texnologiyalar Parkı “Bakcell” şirkəti və “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyi ilə birgə 31 yanvar 2015-ci il tarixində “BizSpark” proqramının təqdimatını keçirəcək.
Azərbaycanda gənc developerlərin bacarıqlarının inkişaf etdirilməsi və onların fəaliyyətinə dəstək olmaq məqsədi ilə təşkil edilən tədbir Yüksək Texnologiyalar Parkının “PiCampus” Biznes İnkubasiya Mərkəzində baş tutacaq.
“Microsoft”un “BizSpark” proqramının təqdimatı, həm Yüksək Texnologiyalar Parkının “PiCampus” Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən layihələrə, həm də “Applab” üzvlərinə proqramdan geniş istifadə imkanı yaradacaq. “PiCampus” və “Applab” üzvləri bu qlobal ekosistemə qoşulmaqla şirkət tərəfindən developerlər üçün nəzərdə tutulmuş “Microsoft” tam proqram paketi, texniki və biznes sahəsində müxtəlif təlimlərdən pulsuz yararlanmaq imkanı əldə edəcəklər. Bununla yanaşı, layihə iştirakçıları müxtəlif investorlar və məsləhətçilərə çıxış əldə etməklə, əlavə yaratdıqları proqramların dünya bazarına çıxarılması və geniş marketinq imkanlarından yararlana biləcəklər.
Qeyd edək ki, Yüksək Texnologiyalar Parkının “PiCampus” Biznes İnkubasiya Mərkəzi İKT və yüksək texnologiyalar üzrə “start-up” layihələrin dəstəklənməsi məqsədi ilə 2014-cü ilin fevral ayından etibarən fəaliyyət göstərməkdədir. Biznes İnkubasiya Mərkəzində hazırda müxtəlif sahələri əhatə edən 38 layihə uğurla fəaliyyətini davam etdirir, həmin layihələr dövlət dəstəyindən səmərəli istifadə edir və yararlana bilirlər. Ümumilikdə, gündəlik olaraq 100-ə yaxın insan buranın texniki imkanlarından istifadə edir. “PiCampus” Biznes İnkubasiya Mərkəzinə layihələrin qəbulu üçün “
www.picampus.az” saytından qeydiyyatdan keçməklə onlayn müraciət edilməlidir.
“Bakcell”-in “Applab” layihəsinə gəlincə, məqsəd sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə, Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir.
Layihə çərçivəsində gənc developerlər “Bakcell” şirkətinin Sahil ofisində yerləşən “AppLab” ofisində çalışırlar. “Bakcell” və “Qualcomm” şirkətlərinin xüsusi ekspert qrupu gənc developerlərə geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramın pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərir.
“AppLab” layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə
linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini “
applab@bakcell.com” ünvanına göndərə bilərlər.