Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti ucuz “Galaxy J1” smartfonunu nümayiş etdirib


“Samsung” şirkəti öz yeni ucuz “J” istehsal xəttindən ilk smartfonunu nümayiş etdirib. “Galaxy J1” smartfonu 800x480 piksel təsvir ölçülü 4.3 düymlük ekran, 1.2 QHs takt tezlikli ikinüvəli prosessorla təchiz edilib.
 
"ICTnews" elektron xəbər xidməti “gagadget.com” saytına istinadən bildirir ki, əməli yaddaşın həcmi 512 MB, daxili yaddaş 4 QB təşkil edir. “Wi-Fi Direct” dəstəkli “Wi-Fi b/g/n”, “Bluetooth 4.0” və “GPS+GLONASS” simsiz modulları mövcuddur.
 
Əsas kameranın təsvir ölçüsü 5 meqapikseldir, ön kamera 2 meqapiksellik təsvir ötürücüsünə malikdir. Akkumulyator batareyasının tutumu 1850 milliamper/saatdır, 10 saatadək danışıq mümkündür, “Ultra Power Saving” enerjiyə qənaət rejimi tətbiq edilib.
 
Smartfon “Android 4.4 KitKat” platforması ilə işləyir. Qurğunun ölçüləri 129x68.2x8.9 mm, çəkisi 122 qramdır. Cihazın qiyməti və satışa çıxarılma tarixi hələ açıqlanmayıb.
 
Emil Hüseynov





30/01/15    Çap et