Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli Bank ipoteka kreditlərinin ödənişlərinin onlayn qəbuluna başlayır
Fevralın 1-dən etibarən "Xalq Bank”ın Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin aylıq ödənişləri Hökumət Ödəniş Portalı vasitəsi ilə onlayn şəkildə qəbul olunacaq.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, AİF tərəfindən yenidən maliyyəşdirilmiş ipoteka kreditlərinin sahibləri aylıq ödənişi həm bankın filiallarında, həm də internet şəbəkəsi vasitəsi ilə həyata keçirə bilərlər.
İpoteka kreditləri üzrə ödənişləri Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Hökumət Ödəniş Portalının “www.gpp.az” internet ünvanından həyata keçirmək olduqca rahatdır.
Aynur Vəliyeva
30/01/15 Çap et