Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalına yeni e-xidmət əlavə edilib


İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) daha bir elektron xidmətinin “Elektron hökumət” portalı üzərindən göstərilməsinə başlanılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, nazirliyin “Dövlət rüsumları, cərimələri və digər ödənişlərin onlayn ödənilməsi” xidməti portala inteqrasiya olunub.
 
Bununla da İSN-in “Elektron hökumət” portalı vasitəsilə təqdim etdiyi e-xidmətlərin sayı 8-ə çatıb.
 
CAHANGİR
 




30/01/15    Çap et