Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda İcbari Nəqliyyat Sığortasını elektron terminallar vasitəsilə əldə etmək olar


"MeqaSığorta" şirkəti avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta sifarişini E-manat terminallarına yaxınlaşaraq asanlıqla etmək olar.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, icbari nəqliyyat  sığortası üzrə sığorta qiymətləri və sığorta şərtləri standart olduğundan tam əminliklə bu sığorta növünün E-manat terminalları vasitəsilə sifariş edilməsi mümkündür.
 
Bunun üçün çox sadə və minimum məlumatlar tələb edən interfeys hazırlanıb. Bu sistem birbaşa olaraq sığorta şirkətinin daxili proqram təminatı və Azərbaycan qanunvericiliyinə uyğun olaraq icbari sığorta növlərinin rəsmiləşdirilməsi üçün yaradılmış İcbari Sığorta Bürosunun vahid elektron informasiya sistemi ilə  əlaqəlidir.
 
İstifadəçi terminalın Ana səhifəsində "MeqaSığorta" xanasını seçib mobil nömrənizi, şəxsiyyət vəsiqəsinin pin kodunu və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini daxil etdikdən sonra  sığortalanacaq nəqliyyat vasitəsi üçün İcbari Sığorta Qanunvericiliyinə uyğun olaraq güzəşt və artırma əmsalı nəzərə alınmaqla terminal tərəfindən avtomatik olaraq sığorta haqqı hesablanacaq. Ekranda göstərilən sığorta haqqı məbləğini terminala ödədikdən sonra İcbari Nəqliyyat Sığortası Şəhadətnaməsi dərhal qüvvəyə minir və sığortalanmağınız haqqında məlumat ekranda və ödəniş qəbzində göstərilir, həmçinin mobil nömrənizə İcbari Sığorta Bürosu tərəfindən Sığorta Şəhadətnaməsinin etibarlılığı haqqında SMS göndərilir.
 
Sığorta Şəhadətnaməsi isə ən geci 48 saat ərzində sığorta şirkəti tərəfindən avtomobil sahibinə çatdırılır. 
 
 "MeqaSığorta" ASC gələcəkdə də müştərilərin rahatlığını təmin etmək üçün digər sığorta xidmətlərinin terminallar vasitəsilə həyata keçirilməsini planlaşdırır.
 
Aynur Vəliyeva
 




3101/15    Çap et