Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni texnologiya robotlara “YouTube” videolarından biliklər öyrənməyə imkan verəcək


ABŞ-ın Merilend Universitetinin tədqiqat qrupu "YouTube” videohostinqinin saytındakı videonu ərsəyə gətirdikləri robotların təlimi üçün istifadəni mənimsəyiblər.

Tədqiqat ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) tərəfindən məqsədi robotları müstəqil şəkildə yeni biliklərə yiyələnməyə və dərhal onlardan istifadə etməyə öyrətmək olan “MSEE” layihəsi çərçivəsində maliyyələşdirilir.  
 
Tədqiqat üçün alimlər tərəfindən sistem hazırlanıb. Sistemin sınaqları zamanı robotlar yemək hazırlamağı öyrədən videoya baxıblar. Sonradan robotlar videoda göstərilən tapşırıqları insan müdaxiləsi olmadan mətbəx ləvazimatları ilə yerinə yetirə biliblər. Bundan başqa, sistem robotlara əldə olunan bilikləri saxlamağa və zaman keçdikcə onları təkmilləşdirməyə imkan verir. “DARPA” nümayəndələri hesab edirlər ki, robotlar əldə olunan bilikləri digər kompüterlərlə bölüşəcəyi halda daha sürətlə öyrənə bilərlər, - "4PDA” yazır.




02/02/15    Çap et