Cənubi Koreya istehsalçısı dünyanın ən sabit şirkəti seçilib
Cənubi Koreyanın “LG Electronics” şirkəti iki aparıcı elmi-tədqiqat şirkəti tərəfindən dünyanın ən sabit şirkəti seçilib.
Belə ki, istehsalçı sahədə və “Corporate Knights” tədqiqat şirkətinin “2015 Global 100 Most Sustainable Corporations in World Index” (dünyanın 100 ən sabit şirkətinin reytinqi) və “RobecoSAM” tərəfindən buraxılan illik “2015 Sustainability Yearbook” reytinqində yüksək mövqelər tutub.
“Corporate Knights” təşkilatı tərəfindən hazırlanan “2015 Global 100 Most Sustainable Corporations in World Index” reytinqinə iqtisadiyyatın müxtəlif sektorlarının ən sabit nümayəndələri daxildir. “LG” şirkətlərin korporativ sabitlik analizi sahəsində “qızıl” standart hesab edilən “2015 Global 100” siyahısına “uzunmüddətli istifadə üçün istehlak malları” kateqoriyasına yeganə nümayəndə kimi daxil olub. Eyni zamanda şirkətin ümumi mövqeyi xeyli yaxşılaşıb (2015-ci ildə 2014-cü ildəki 82-ci yerdən 51-ci yerə yüksəlib). TOP-100-yə daxil olan şirkətlər işin 12 əsas say göstəricisi - elektrik enerjisi sərfiyyatı, məhsulun liderlik mövqeyi, biznesin yüksək standartlar əsasında aparılması, işçilərin əməkhaqqısı və vergi strategiyası üzrə qiymətləndirilib.
“Sustainability Yearbook 2015” reytinqində “LG” “İstirahət və məişət texnikası” kateqoriyasında qızıl medala layiq görülüb, -
“4PDA” yazır.