Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələrdə “Elektron hökumət” portalının fəaliyyəti genişlənib


“Elektron hökumət” portalı ilə bağlı bütün yeniliklər sosial şəbəkələr vasitəsi ilə operativ olaraq istifadəçilərə çatdırılır.
 

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Facebook”, “Twitter” sosial şəbəkələrində, eləcə də “YouTube” video xidmətində portalın səhifələri fəaliyyət göstərir.
 
 
Hazırda portalın “Facebook” sosial şəbəkəsində  istifadəçilərin sayı 145,5 mini ötüb.
 
 
Portalın “Twitter”  auditoriyası isə 335 nəfər təşkil edir. İndiyədək 2 minə yaxın  tvit paylaşılıb.
 
 
“YouTube” videokanalına  168 nəfər abunə olub. Videokanalda “Elektron hökumət”ə dair 65 videomaterial yerləşdirilib.
 
Bu statistik göstəricilərdən məlum olduğu kimi, ən çox aktivlik “Facebook” səhifəsində müşahidə olunur.
 
 
Qeyd edək ki, portalın “Facebook”, “Twitter” və “YouTube” səhifələri ölkəmizdə “Elektron hökumət”in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşları maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işıqlandırmaq, eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək, istifadəçiləri keyfiyyətli elektron xidmətlərlə təmin etmək məqsədilə yaradılıb.
 
 
CAHANGİR

 




02/02/15    Çap et