Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər smartfonların uşaqların inkişafına mənfi təsirini sübut ediblər


“The Guardian” nəşri yazır ki, Boston universitetinin tədqiqat mərkəzinin alimləri sübut ediblər ki, smartfon və planşetlər uşaqlara mənfi təsir edir. Qəzet yazır ki, smartfonlar uşaqları öz üzərində nəzarəti öyrənmək imkandan məhrum edir.

"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, nəşr yazır ki, valideynlər televiziya və ya kompüter oyunlarının uşaqların inkişafına mənfi təsirini başa düşsələr də, planşetlərin onların sosial və emosional inkişafına təsiri haqda hələ bilmirlər.

"Əgər elektron qurğu uşağı sakitləşdirmək üçün yeganə üsul olsa, o zaman o, özünə nəzarət qabiliyyətini inkişaf etdirmək imkanını itirəcək"  alimlər bildiriblər.

Bundan başqa, 3 yaşadək uşaqların interaktiv ekranlı planşet və smartfonlardan istifadəsi uşağın əqli qabiliyyətinə mənfi təsir edir.

Emil Hüseynov
 




02/02/15    Çap et