Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” şirkəti “Android” qurğuları üçün nəzərdə tutulmuş yeni əməliyyat sisteminin yaradılmasını maliyyələşdirəcək
“Microsoft” şirkəti “Android” qurğuları üçün nəzərdə tutulmuş yeni əməliyyat sisteminin yaradılmasına sərmayə qoymaq niyyətindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni əməliyyat sistemi “Cyanogen” adlanacaq.
“Android” – açıq kodlu əməliyyat sistemidir və ona oxşar digər alternativ sistemlər var. Onlar arasında ən populyar olanı “Cyanogen”dir, hansı ki, gələcəkdə “Android” qurğuları ilə uyğun gələn, tam şəkildə “Cyanogen OS” statusuna layiq görüləcəyi gözlənilir.
Şayiələrə görə, “Microsoft” şirkəti 70 milyon dollar ayırdığı vençur fondundan “Cyanogen”in tərtibatını maliyyələşdirmək niyyətindədir.
Aynur Vəliyeva
02/02/15 Çap et