Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

iOS 5-i sındırıblar


İstehsalçılar üçün iOS 5 versiyasının çıxışından cəmi bir neçə saat sonra Phone Dev Team-dən MuscleNerd nikli haker mobil əməliyyat sisteminin yeni versiyasını sındırıb. Proqram təminatı dördüncü nəsil iPod touch pleyerinə qurulub. Qırma Limera1n proqram təminatının köməyi ilə həyata keçirilib.
MuscleNerd nikli hakeri iddia edib ki, sındırılmış iOS 5-ə Cydia və iSSH asan qurulur. iOS 5-in istifadəçi versiyası isə 2011-ci ilin payızında satışa çıxacaq.




08/06/11    Çap et