Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” “Android” qurğularının təhlükəsizliyini təmin etmək məqsədilə hakerlərlə əməkdaşlığa başlayır
“Google” şirkəti “Android” əlavələrdə boşluqların aşkar edilməsi məqsədi ilə hakerlərə 3 min dollaradək ödəyəcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, son 5 ildə korporasiya artıq “Chrome”da və digər “Google” proqram təminatlarında boşluqların aşkar edilməsinə görə hakerlərə 5 milyon dollaradək vəsait ödəyib.
İndi internet nəhəngi “Google Play”in əlavələrində tapılan boşluqlara görə pul verəcək.
Bu prosesdə yalnız boşluq aşkar etmək təcrübəsinə malik olması təsdiqlənən hakerlər iştirak edə biləcəklər. Qonorar avans şəklində veriləcək, səhvin mütləq aşkar edilməsi tələb olunmadan.
Aynur Vəliyeva
02/02/15 Çap et