Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ kibertəhlükəsizliyə 14 milyard dollar xərcləyəcək
ABŞ hökumətin kibertəhlükəsizliyi üçün 14 milyard dollar xərcləyəcək. Müvafiq xərc maddəsi 2016-cı ilin büdcəsinə daxil edilib.
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bu məbləği federal qurumların yeni elektron mühafizə vasitələrinə xərcləmək və hakimiyyətin qoruyucu tədbirlər görmək qabiliyyətini gücləndirmək planlaşdırılır.
"Hakimiyyət göstərməlidir ki, bütün sektorlar, kompüter şəbəkələri və ya sistemlər məxfi kommersiya və ya dövlət informasiyasını və mülkiyyətini oğurlamaq istəyənlərə qarşı davamlıdır" – sənəddə yazılıb.
Emil Hüseynov
03/02/15 Çap et