Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Akamai Technology”: “İl ərzində “DDoS” hücumların sayı iki dəfə artıb”


“Akamai Technology” şirkətinin internet təhlükəsizliyi üzrə hesabatına görə, son ildə “DDoS” hücumların sayı iki dəfə artıb. Hücumların təxminən yarısı çoxvektorlu olub. Saniyədə 100 QB sürətində həyata keçirilən “DDoS” hücumların sayı 200 faiz, onların davametmə müddəti isə 28 faiz artıb.
 
Ən geniş yayılmış hücumlar "UDP” bazasında olan hücumlar, onların dəfetmə taktikası üçün istifadə olunan protokollar "NTP”, “CHARGEN” və “SSDP” olub.
 
“DDoS” hücumlar daha çox ABŞ ərazisindən həyata keçirilib (31,54 faiz). İkinci yeri Çin (17,61 faiz) tutub. Sonrakı yerlərdə Almaniya (12 faiz), Meksika (11,69 faiz), Fransa (7,64 faiz), Hindistan (4,61 faiz), İspaniya (4,12 faiz), Böyük Britaniya (3,8 faiz), Cənubi Koreya (3,65 faiz) və Rusiya (3,64 faiz) qərarlaşıb. 
 
2014-cü ildə ən populyar haker hücumları oyun servislərinə edilib. Yeni il ərəfəsində "Microsoft Xbox Live” və “Sony PlayStation Network” servislərinə edilən kiberhücumlar onların tez-tez baş verməsi və sayına görə oyun sənayesini birinci yerə çıxarıb.
 
Şirkət nümayəndəsi Con Sammers deyib ki, cinayətkarlar kiberhücumlarda getdikcə daha çox yeni tendensiyadan istifadəyə başlayıblar. Məsələn, onlar “DDoS” hücumu pul müqabilində dayandırmağı təklif edirlər, - "SecurityLab” - yazır.




03/02/15    Çap et