Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk dəfə qlobal planşet bazarında azalma qeydə alınıb


2014-cü ilin son rübündə qlobal planşet bazarında ilk dəfə mənfi dinamika nümayiş qeydə alınıb. 2015-ci ildə analitiklər tədarük həcminin artımına ümid edirlər.

Ötən ilin dördüncü rübündə planşetlərin dünya bazarına tədarükü 76,1 milyon təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz azdır. "IDC" tədqiqat şirkətinin ilkin nəticələrinə əsasən, ilk dəfə planşet bazarında azalma müşahidə olunub.

"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, 2014-cü ilin üç rübü üzrə sözügedən bazarda müsbət dinamika qeydə alınıb. Analitiklərin məlumatına əsasən, 2014-cü ildə planşet bazarının həcmi 4,4 faiz artaraq 229,6 milyon qurğu olub. 2013-cü ildə bu bazarın həcmi 219,9 milyon planşet təşkil edib.

Analitiklər 2014-cü ilin son rübündəki mənfi dinamikanı "iPhone" smartfonunun son nəslində ekranın diaqonalının artımı ilə izah ediblər. Bu səbəbdən "iPad" (dördüncü rübdə azalma 17,8 faiz olub) planşetlərinin satışı azalıb. "Apple iPad" planşet bazarının əsas "oyunçu"larından biridir, buna görə bazarın dinamikası bu planşetin satışlarından asılıdır.

Qlobal planşet bazarının başqa əsas "oyunçu"su "Samsung" şirkətinin "Galaxy Tab" planşet istehsal xəttidir. Son rübün nəticəsinə görə, bu xəttin tədarükü 18,4 faiz azalıb.

Sön rübdə "Asustek" (24,9 faiz azalma) və "Amazon" (69,9 faiz) şirkətləri, həmçinin mənfi dinamika göstərib.

Analitiklər 2015-ci il üzrə proqnozu dəyişdirməyiblər. Onlar əmindirlər ki, cari ildə planşet bazarının həcmi artacaq.

Emil Hüseynov
 

 




03/02/15    Çap et