Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində yeni boşluq aşkar edilib


“WhatsApp” messencerində aşkar edilmiş boşluq istənilən şəxsə istifadəçilərin profil fotoşəklinə baxmağa imkan verir.

"ICTnews" elektron xəbər xidməti “russian.rt.com” saytına istinadən bildirir ki, bu boşluq əvvəllər proqramda problemlər tapmış 17 yaşlı İndrajit Bxuyan tərəfindən aşkarlanıb. Yeni veb interfeyslə sinxronlaşma səhvi buna səbəb ola bilər.

“WhatsApp” messencerinin istifadəçiləri proqramı elə sazlaya bilərlər ki, yalnız kontakt siyahısındakı dostları onların fotoşəkillərinə baxa bilsin. Amma bu funksiya işləmir. Kompüter üçün veb-interfeys, həmçinin silinmiş fotoşəkillərə baxmağa imkan verir.

"Sözsüz ki, bu boşluq məlumatların mühafizəsi üzrə ən ciddi problem deyil. Amma istifadəçilər öz fotoşəkillərinə girişi məhdudlaşdırmağa qərar verdilər və “WhatsApp”ın onların seçiminə hörmət edəcəyini gözləyirlər" – təhlükəsizlik üzrə ekspert Qrem Klali bu xəbəri şərh edib.

Emil Hüseynov
 




03/02/15    Çap et