“Bakcell” abunəçiləri 2 gün pulsuz danışacaqlar
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti CİN abunəçilərinə pulsuz danışmaq imkanı qazandırır.
Pulsuz 2 gün kampaniyası çərçivəsində balansını bir dəfəyə minimum 5 AZN məbləğində və daha artıq artıran CİN abunəçiləri növbəti gündən etibarən iki gün ərzində (saat 00:00-dan 18:00-dək) şəbəkədaxili pulsuz danışa biləcəklər. 2 günlük pulsuz danışıq müddəti ayda bir dəfə təqdim olunur.
“Bakcell” abunəçiləri nömrələrinin balansını vahid ödəmə kartları ilə yanaşı, onlayn ödəmə, ATM, E Top-up xidməti, ödəmə köşkləri, bank filialları kimi alternativ ödəmə üsulları vasitəsilə artıra bilərlər.
Kampaniya haqqında əlavə məlumat almaq üçün 5070 nömrəsinə boş SMS (pulsuz) yollayın və yaxud
bu linkdən istifadə edin:
RƏVAN