Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Raspberry Pi” yığcam kompüterinin yeni versiyası satışa çıxarılıb
Britaniyanın “Raspberry Pi Foundation” şirkəti populyar “Raspberry Pi” yığcam kompüterinin yeni modelini elan edib.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, “Raspberry Pi 2 Model B” adlı qurğu 900 MHs takt tezliyində işləyən dördnüvəli “Broadcom” prosessoru (ARM Cortex-A7) və 1 QB əməli yaddaşla təchiz edilib. Daxili “Broadcom VideoCore IV” qrafik sürətləndiricisi “OpenGL ES 2.0” texnologiyasını və “Full-HD” formatını dəstəkləyir. Beləliklə, “Raspberry Pi Model B+” ilə müqayisədə kompüterin məhsuldarlığı 6 dəfə artıb.
“Raspberry Pi 2 Model B” yığcam kompüteri 4 USB portu, “HDMI”, “Ethernet” konnektor, audioçıxış, həmçinin “microSD” formatlı yaddaş kartları üçün slota malikdir.
Əvvəlki model kimi “Raspberry Pi 2 Model B” qurğusunun satış qiyməti 35 dollardır, 100 min qurğudan ibarət birinci partiya artıq satışa çıxarılıb.
Emil Hüseynov
03/02/15 Çap et