Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti 2 milyard dollar dəyərində məlumat emalı mərkəzi yaradacaq
“Apple” şirkəti Mesada (Arizona) 2 milyard dollar dəyərində qlobal məlumat emalı mərkəzi yaradacaq.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkət 150 nəfəri daimi işlə təmin edəcək və eyni zamanda tikinti və ticarət işləri ilə məşğul olan işçi cəlb edəcək.
Bundan başqa, bütün dünya üzrə əməliyyatlar aparmaq üçün hostinq xidmətləri göstərəcək.
Qeyd edək ki, “Nasdaq” birjasında “Apple” şirkətinin səhmlərinin qiyməti növbəti rekorda imza ataraq 120 dollar olub.
Bu ilin əvvəlindən “Apple” şirkətinin səhmlərinin qiyməti 8 faiz, 2014-cü ildə isə 40 faiz artıb. “Apple” korporasiyasının kapitallaşması 688 milyard dollar həcmində qiymətləndirilir.
Aynur Vəliyeva
03/02/15 Çap et