Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vahid statistik informasiya sistemi təkmilləşdirilib


Azərbaycanda vahid statistik informasiya sistemi təkmilləşdirilib.

“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ildəki fəaliyyətinə dair hesabatda məlumat verilib.
 
Statistik registrin aktuallığının təmin edilməsi üçün proqram vasitələrində zəruri dəyişikliklər aparılıb, yerli statistika orqanlarında istifadəyə verilib və proqram təminatının istismarı təşkil olunub.
 
Kiçik sahibkarlıq subyektləri, o cümlədən fərdi sahibkarlar da daxil olmaqla, təsərrüfat subyektlərindən hesabatların elektron formada qəbulu başa çatdırılıb.
 
CAHANGİR
 
 
 




03/02/15    Çap et