Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Intel” şirkəti “Lantiq” çip istehsalçısını satın alır
“Intel” şirkəti internet qoşulma ilə təchiz edilmiş smartfonlarda istifadə edilən çiplərin istehsalını genişləndirmək məqsədi ilə Almaniyanın çip istehsalçısı olan “Lantiq” şirkətini almaq qərarına gəlib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin çip istehsalı bölməsi olan “Infenion” 2009-cu ildə 250 milyon avroya “Golden Gate Capital” şirkəti tərəfindən alınıb. “Golden Gate” üzərindən sərmayə yatıran şirkətlər arasında “Deutsche Telekom”u da qeyd etmək olar.
Futbol toplarından başlayaraq, məişət və sənaye maşınlarınadək tətbiq edilən internet qoşulması, “Əşyaların interneti” və M2M, “Intel” ilə “Qualcomm” və digər şirkətlər arasında rəqabət üçün yeni meydana çevrilib.
Aynur Vəliyeva
03/02/15 Çap et