Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” vəsaitinə qənaət edir
“Facebook” sosial şəbəkəsi brendsiz istehsalçılara üstünlük verərək şəbəkə avadanlığı tədarükçüləri arasında tərəfdaşlarını əvəz etmək niyyətindədir.
2015-ci ildə “Quanta Computer” və “Wiwynn” daxil olmaqla Tayvan istehsalçıları kommutatorların “Facebook” şirkətinin tədarükünə başlaya bilərlər. Bu əməkdaşlıq bazardakı vəziyyəti nəzərəçarpacaq dərəcədə dəyişdirəcək. İndi şəbəkə avadanlığı bazarında “Cisco” şirkəti liderlik edir.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hazırda “Facebook” şirkəti “Quanta”dan server, “Wiwynn”dən isə məlumatların saxlanılması sistemlərini satın alır. Dünyanın ən böyük sosial şəbəkəsinin yeni sifarişləri üçün bu Tayvan şirkətlərindən aktiv mübarizə gözlənilir.
“Quanta” şirkətinin istehsal etdiyi brendsiz server və şəbəkə avadanlığı böyük “R&D” investisiyaları və lisenziya ödənişi tələb etmir, buna görə bir qayda olaraq, böyük brendlərin sistemləri ilə müqayisədə 3 dəfə ucuz başa gəlir.
Emil Hüseynov
03/02/15 Çap et