Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinə 2016-cı ildə 18,5 milyard dollar ayrılacaq


Prezident Barak Obama 2016-cı ildə ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinə (NASA) 18,5 milyard dollar ayırmaq niyyətində olduğunu bildirib. Bu barədə agentliyin rəhbəri Çarlz Bolden deyib.  
 
Vəsaitlərin mövcud tədqiqatların dəstəklənməsinə və yeni raket və gəmilərin yaradılmasına sərf olunması nəzərdə tutulur. Belə ki, təxminən 5,3 milyard dollar elmi tədqiqatlara, o cümlədən planetologiya, astrofizika, geofizika, Günəş fizikası və Habbl rəsədxanasını əvəz edəcək yeni kosmik Uebb teleskopuna xərclənəcək.
 
“NASA” Beynəlxalq Kosmik Stansiyaya 3,1 milyard dollar, “Space Launch System” (SLS) Mars proqramına 1,4 milyard dollar, pilotlu “Orion” kosmik gəmisi proqramına 1,1 milyard dollar ayırmağa hazırlaşır.
 
“SLS”-in yaradılması üzrə işlər agentliyin “Boeing” aviaşirkəti ilə imzaladığı saziş əsasında aparılır. ABŞ raketdaşıyıcıda “Orion” kosmik gəmisini kosmosa buraxaraq onun köməyi ilə Marsa astronavtlar göndərməyi planlaşdırır.
 
2014-cü ildə “NASA”-nın büdcəsi 17,6 milyard dollar olub, 2015-ci ildə 18 milyard dollara bərabərdir, - “Lenta” yazır.




03/02/15    Çap et