Yerli onlayn xidmətlər portalının “Windows Phone” versiyası istifadəyə verilib
“Windows Phone” əməliyyat sistemi üçün “Hesab.az” onlayn xidmətlər portalının mobil tətbiqi hazırlanıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu tətbiq vasitəsi ilə istifadəçilər mobil, rabitə, kommunal, internet, bank kreditləri, sığorta və s. ödəmələri həyata keçirə bilərlər. Tətbiqdən istifadə zamanı bütün ödənişlərə “Hesab.az” portalının sahibi olan “GoldenPay” şirkəti tərəfindən zəmanət verilir.
Mobil tətbiqi
bu link vasitəsilə yükləmək mümkündür.
Qeyd edək ki, “Hesab.az”ın yeni “Android” versiyası da artıq istifadədədir, tezliklə isə “iOS” üçün tətbiq hazır olacaq.
CAHANGİR