Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android”in ən son versiyası populyarlaşmağa başlayır
“Google” korporasiyası “Android” mobil əməliyyat sisteminin müxtəlif modifikasiyalarının populyarlığı haqda yeni məlumat dərc edib. Cari ilin yanvarına olan statistikaya əsasən, “Android 5.0 Lollipop” versiyasının bazar payı nəhayət ki artmağa başlayıb.
“Android 5.0 Lollipop” versiyası “Google”un mobil platforması ilə idarə olunan qurğuların 1.6 faizinə quraşdırılıb, halbuki bir ay əvvəl bu göstərici 0,1 faiz idi.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Android” əsaslı elektronika bazarında “KitKat” (4.4) və “Jelly Bean” (4.1-4.3) modifikasiyaları liderliyə davam edirlər.
2010-cu ildə buraxılmış “Android Gingerbread” versiyası indiyədək “Android” əsaslı qurğuların 7.4 faizinə quraşdırılıb.
Emil Hüseynov
04/02/15 Çap et