Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ hakimiyyəti avtomobilləri izləyir


ABŞ-ın Ədliyyə Nazirliyi ölkə ərazisi üzrə avtomobillərin hərəkətini izləyən sistem yaradıb.

"ICTnews" elektron xəbər xidməti “popmech.ru” saytına istinadən bildirir ki, ABŞ-da xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı növbəti qalmaqal yaşanıb: Amerika Vətəndaş Azadlıqları İttifaqının məlumatına görə, ölkənin güc strukturlarının istifadə etdiyi sistem bütün ölkə üzrə milyonlarla videonəzarət kamerası tərəfindən toplanılan informasiyanı təhlil edir və avtomobillərin nömrəli nişanlarının oxunması yolu ilə onların hərəkətini izləyir.

Hələ 2008-ci ildə yaradılmış nömrəli nişanların izlənilməsi sisteminin mövcudluğu uzun müddət məxfi saxlanılıb və indiyədək bu sistemin effektivliyi naməlumdur.

Emil Hüseynov




04/02/15    Çap et